Bakıda tez-tez qəza baş verən yolda yenilik

Mütəmadi olaraq yol-nəqliyyat hadisələrinin qeydə alındığı Təbriz Xəlilbəyli və Həzi Aslanov küçələrinin kəsişməsində yol hərəkəti təhlükəsizliyi səviyyəsi artırılması məqsədi ilə zəruri tədbirlər görülüb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Axar.az-a bildirilib ki, qəza ocağı kimi tanınan kəsişmə BNA mütəxəssisləri tərəfindən müayinə edilib.

Əldə olunan nəticələr təhlil olunaraq həlli istiqamətində işlərə başlanılıb. Bu çərçivədə kəsişmədə sürət məhdudlaşdırıcı maneələr və nəqliyyat güzgüsü qoyulub. 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Paşinyan-kilsə qarşıdurmasında kim qalib olacaq?

SONRAKI XƏBƏR

Bu ölkə Rusiya və Səudiyyəyə sanksiya tətbiq etdi