Son altı ildə ilk dəfə - Rusiya kosmosa yeni peyk göndərir

Son altı ildə ilk dəfə - Rusiya kosmosa yeni peyk göndərir

"Peykin kosmodroma çatdırılması iyul ayına, onun orbitə buraxılması isə avqust ayında planlaşdırılır", - deyə mənbə agentliyə bildirib.

Rusiya son 6 ildə ilk dəfə Plesetsk kosmodromundan yeni nəsil naviqasiya peyki "Qlonass-K"nı orbitə buraxacaq. Sputnik Azərbaycan xəbər verir ki, raket kosmik sahədə olan mənbə qeyd edib ki, peykin avqust ayında orbitə buraxılacağı gözlənilir.

Peykin havaya buraxılması istehsalda gecikmələrlə bağlı mart ayından bəri təxirə salınırdı.

"Peykin kosmodroma çatdırılması iyul ayına, onun orbitə buraxılması isə avqust ayında planlaşdırılır", - deyə mənbə agentliyə bildirib.

Qeyd edək ki, ilk belə peyk Rusiya tərəfindən 2011-ci ilin fevralında kosmosa göndərilib, hazırda o, testdən keçirilir. İkinci "Qlonass- K" 2014-cü ilin dekabrında orbitə çıxarılıb və 2016-cı ilin fevralından o öz təyinatı ilə işləyir.

Mənbə: sputnik.az