BBC-nin canlı yayımı zamanı efirdə uçan boşqablar göründü (VİDEO)

 

BBC-nin canlı yayımı zamanı Britaniya Parlamenti binasının üstündə səmada iki qəribə uçan obyekt qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, görüntülər siyasi müxbir Conatan Bleykin canlı yayımı zamanı qeydə alınıb.

Üstəlik aparıcısı arxasında görünən iki qəribə obyektdən xəbərsiz olub. Bəzi izləyicilər bunların boşluq olduğunu iddia etsələr də, UNO tədqiqatçısı Geri Heseltin obyektin ölçüsü və sürətini qeyd edib, o ölçü və sürət isə quşlarda ola bilməz.

Ayrıca bəzi istifadəçilər bunun jurnalistlərin bir zarafatı olduğuna inanır, buna görə proqram Ümumdünya UNO Günündə yayımlanıb. Qeyd edək ki, görüntünün çox bulanıq olduğu da ortaya çıxıb, kameraların qeydə aldığı obyektin məhz nə olduğunu isə müəyyənləşdirmək çox çətindir.

Bundan əvvəlsə, Polşa kəndlərdən birinin sakini olduqca yüksək keyfiyyətli bir UNO görüntüsü təqdim edib. Uçan boşqaba oxşayan bir şey yox olmadan əvvəl ağacların üstündə görünüb.

Alpər

 

 

Qaynarinfo.az

ƏVVƏLKİ XƏBƏR

Prezident İlham Əliyev: Mən hesab edirəm ki, hər bir ölkə hər hansı bir təşkilatda fəaliyyəti tam icra etməlidir

SONRAKI XƏBƏR

Prezident İlham Əliyev: Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər