İmişlidə yeni məktəb binası inşa edilir - Foto

İmişlidə yeni məktəb binası inşa edilir - Foto

İmişlidə yeni məktəb binası inşa edilir.


İmişli RİH-dən Avropa.info-ya verilən məlumata görə, İmişli rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsi və mövcud məktəblərin təmir olunması diqqət mərkəzindədir. Hazırda rayonun Muradxanlı kəndində 264 şagird yerlik tam orta məktəb binasının tikintisi davam etdirilir. Binanın dam örtüyü vurulmuş, pəncərələri, elektrik və istilik sistemləri quraşdırılmışdır. Eyni zamanda bina daxilində üzlük-kosmetik, kafel və döşəmə işləri aparılır, idman zalının tavan hissəsinin işləri yekunlaşdırılmış, daxili su və kanalizasiya xətləri tam çəkilmişdir. Məktəbin mebellərinin və idman avadanlıqlarının bir hissəsi gətirilmiş, otaqlar hazır olduqdan sonra quraşdırılması nəzərdə tutulmuşdur. Sürətli gedən iş nəticəsində artıq işlər yekunlaşmaq üzrədir. İnşa olunan yeni məktəb binası 2 mərtəbədən ibarət olacaq və şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaqdır. Binanın növbəti tədris ili başlayana qədər istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Kənd əhalisi kənddə yeni məktəb binasının tikintisini razılıq hissi ilə qarşılayırlar. Məktəbin kollektivi və valideynlər təhsil sahəsinə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Mənbə: avropa.info