"Polislərimiz də həkimlər kimi ön cəbhədə vuruşur" - Məşhur həkim insanlara çağırış etdi

Tanınmış diş həkimi Xəyal Səmədov sosial şəbəkə hesabında bütün dünyanı bürüyən pandemiya ilə bağlı maraqlı paylaşım edib.

BiG.AZ xəbər verir ki, o, pandemiya ilə savaşda polislərin həkimlər qədər xidməti olduğunu dilə gətirib. Xəyal Səmədovun fikirlərini olduğu kimi təqdim edirik:

“ 1)Bu gün Azərbaycan dövləti təşviş içində işləyir bilirsinizmi niyə?

2)Polislər yollardadır ve cərimələr günü gündən artır,səbəbini bilirsiniz?

3)Dövlət başçımız Cənab İlham Əliyev narahatdır,bilirsinizmi niyə?Bilmirsiniz!!!

Onda icazə verin mən Xəyal Səmədov öz fikrimlə bu məsələyə aydınlıq gətirim.

1 -ci sualım bu gün Azərbaycan dövləti təşviş içində işləyir ona görə Azərbaycan xalqı bu pandemiya dövründə çox zərər çəkmədən ,xəstələrin və ölənlərin sayı artmadan bu bəlanın öhtəsindən gəlməyə çalışır.

2-ci sualıma polisler yollardadır, cərimələr yazılır niyə?əksər insanlarımız bu addımı qınayır,bəziləri buna inanmır, oturmaqdan bezdik , acından öləcəyik düşünüb küçəyə axın edirsiniz, operativ qərargahın qoyduğu qaydaya lağ edir, gülürsünüz. Düşünürsünüzki, mən cavanam mənə heç nə olmaz, dövlətin oyunu olduğunu deyirsiniz və buna bənzər çox şikayət edirsiniz. İnaninki gülməli deyil xəstəlik qapınızı döyəndə işin ciddiyətini anlayacaqsınız. Kaş soğan çörək yeyərdim, evdə oturardım,mənə heşnə olmaz düşünüb küçəyə çıxıb xəstə insanlarla kontaktda olub xəstəliyi evinizə daşıya bilərsiniz. Gənclər, sizdən xahiş edirəm, valideynlərinizi, sevdiklərinizi bu xəstəliklə öldürməyin, buna haqqiniz yoxdur! Sizin məsuliyyətsizliyinizə gorə, bəncilliyinizə görə o insanların qucağına vaxtsız və pis ölüm verirsiniz.

Polislərimizi bəzən qınayırıq vaxtı ilə mende qınamışam,amma bunların hamısı bizim həyatda qalmağımız üçün atılan addımlardır.Polislərimizdə həkimlərimiz kimi pandemiya ilə mübarizədə ön cəbhədə vuruşurlar ,bilirsinizmi bu nə deməkdir?Yox bilmirsiniz!! Sizi maraqlandıran ancaq onların yazdığı cərimədir və ona reaksiyanızdır..Bir düşünün o mərd polislərimiz her an həyatlarını riskə ataraq işə gəlirlər.COVİD19- a yoluxmuş insan ilk vaxtlarda bunu hiss etmir küçəyə maskasıx çıxır ,qaydalara əməl etmir.Polis isə onu saxlayır kontaktda olur, protokol yazır və yoluxma şansı 50/50yə olur.Həmin polis axşam evə gedərkən sizin məsuliyyətsizliyinizə göre virusu ailesinə apara bilər ,hətta aparanlarda var.İndi deyin görüm ay yanlış düşünən Azərbaycan xalqının bəzi nümayəndələri bu virusu bir- birinizin ailesine aparıb insanları öldürməyə nə haqqınız var?İndi deyin görək polis cərimə yazırsa kimdir günahkar ?bunu siz özünüzə rəva bildiyinizə görə yazılır.

3 cu sualim Ölkə başçımız ,liderimiz Cənab İlham Əliyev niye narahatdır ?çünki o Azərbaycan xalqını sevir! O Azərbaycan xalqını dünyanı bürümüş bu ağır bəladan qorumağa çalışır, əlindən gələni edir. Niye edir bilirsiniz ?Biz ölmeyək deyə!
Biz bu qaydalara riayət etmədən her gün özümüzü ve ailəmizi bu virusla görüşə aparırıq.Bu virusla görüşəndə ölməsək belə yenə zərər çəkmiş biz olacağıq.

Günlərlə və aylarla qəbul etdiyimiz dərmanlar elə bilirsiniz bizim xeyrimizədir? Həmin dərmanlar o dövrdə bizi xilas etsədə sonradan başqa orqanlarımıza ciddi zərər vurmuş olacaq.Bunu zəlzələ zamanı bir evin aşmayib dim- dik qalmağına bənzədin. Aşmamış ola bilər ,amma silkələnmədən bütün sütünlar zərər çəkmiş olur.Hətta o bir müddət qala bilər amma içində yaşanılası olmaz dostlar!

Xəstəxanalarda olan insanlar səbirli olun,Allah boyukdur.Allahın gözəl adlarından biri səbirdir.AllahTala kimsəyə daşıya bilməyəcəyi yükü vermir.Allah hamımızın yardımçısı olsun.

Bəzən həkimləri və orda işləyən insanları pisləyib video çəkirlər.Səhv edirlər!! Axı bunun olacağını bilirdik!! Bu rəsm əsərindən xoşum gəlmir deyə bilmərik çünki, bu rəsmi biz çəkdik. Xəstəxanada işləyən COVİD- dən sizi xilas etmək istəyən həkimlər,tibb bacıları və adını çəkmədiyim hansısa bölüm işçiləri bunu dövlət qulluğu kimi görürlər və ön cəbhədə vuruşurlar.Aylardır evlərinə gedə bilmirlər ,çox vaxtda bəziləri xəstəliyə tutulurlar.Kadr yetərsizliyi var, bir həkim 150-200 nəfərə baxır, çatdırmırlar.Xəstəxanalarda yer yoxdur. Gəlin özümüzü qorumaqla o insanlara dəstək olaq ki ,xəstə sayı azalsın və ön cəbhədə olan hər kəs sağlam şəkildə ailələrinin yanına qayıtsın.

Burdan düşüncəsizlik edib hər gün gəzməyə gedən insanlara demək istəyirəm ki ,dünyanı gəzmişəm, gormüsəm və yenede görmək istəyirəm və sizin kimi eqolu insanlara görə virus artır.Ay adam bəsdir bu dünya malından yanıb qovruldun.Virus səni tutsa ölüm qorxusu burnunun ucunda olsa bax o zaman kəlmeyi şəhadətini öyrənməyin üçün vaxtın olacaq!!!Bu gün biz müharibə şəraitində yaşayırıq.Ən pisi odur ki ,biz düşmanımızı görmürük və əli silahsızıq.Bu vəziyyətdə edə biləcəyimiz hücuma keçmək deyil səngərlərə çəkilib öz elimizi-obamızı və canımızı qorumaqdır.

Evdə qal sağlam qal!!

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

“Misli görünməmiş hücum qarşısındayıq” – Kremldən şok etiraf

SONRAKI XƏBƏR

"Ermənistanda sosial və vətəndaş müharibəsinin əlamətləri müşahidə olunur" — Siyasi ekspert