Meksikada yeni kəşf olunan mağaralar

Meksikada yeni kəşf olunan mağaralar

Yerdən qiymətli metalların və daşların əldə olunması təcrübəsi bəşər tarixində qalmaqdadır. Əvvəlki dövrlərin qiymətli əşyaları mədəniyyətin texnoloji inkişafına əsas verir.

Meksikanın Yukatan yarımadasının altındakı qaranlıq sualtı mağaraları araşdıran tədqiqatçılar qədim mədən əməliyyatının qalıqlarını tapıblar.

“Qədim tarixin tədqiqatçılar üçün hələ də bir çox sirr var. Mədən o uzaq keçmişə qapı və pəncərələr açan kəşflərdən biridir. CINDAQ tədqiqatçılarının su basmış keçidlərdə aşkar etdikləri inanılmazdır: 10 min il əvvələ aid dağ-mədənə dair sübutlar” - deyə, Milli Antropologiya və Tarix İnstitutunun nümayəndəsi Roberto Xuniko bildirib.

Roberto Xuniko Meksika Milli Antropologiya və Tarix İnstitutunda direktor müavinidir ((Sualtı Arxeologiya və Tarix)). O, 12 min il əvvəl başlanan bir oxra mədənindəki əməliyyatı kəşf edən CINDAQ tədqiqatçılarını qarşılayır. CINDAQ, Kankunun yerləşdiyi Meksika ştatı olan Kintana Runun Akifer Sistemini Araşdırma Mərkəzinin ispanca qısaltmasıdır.

“Bu artıq bizə qədim tarixdəki cəmiyyətlərin bəzi fəaliyyətlərini başa düşməyə başlamağa imkan verir. Bu oxra ilə nə edirdilər?” - deyə, Milli Antropologiya və Tarix İnstitutunun nümayəndəsi Roberto Xuniko qeyd edib.

Oxra, təbii olaraq meydana gələn, xardal rəngli bir piqmentdir, dəmir oksidi ilə qarışdırılmış qum və ya gildən hazırlanıb. O rəngi və xassələrinə görə o dövrdə məşhurlaşmışdı.

"Onlar indiki bəzi Afrikadakı qəbilələr kimi özlərini rəngləmək üçün oxradan istifadə edirdilər. Onlar oxradan bakteriya ilə mübarizə apardığı üçün dərman kimi də istifadə edirdilər. Onlar ondan rəmzləşdirmək istifadə edirdilər. Oxranın ilk rəssamlıq təzahürlərinin başlanğıcı olduğunu düşünmək çox xoşdur" - deyə, Milli Antropologiya və Tarix İnstitutunun nümayəndəsi Roberto Xuniko bildirib.

Mənbə: www.amerikaninsesi.org