Azərbaycanlı şairin bəraəti haqda qərar ləğv edildi

Azərbaycanlı şairin bəraəti haqda qərar ləğv edildi

Azərbaycanlı şair, milli-mədəni fəal Bəhmən Nəsirzadə barəsində çıxarılan bəraət qərarı Maku sərhəd alayının komandanı Şirzad Hacızadənin şikayəti ilə ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə GADTB-nin (Güney Azərbaycan Demokratik Türk Birliyi) Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Sarab sakini olan azərbaycanlı milli-mədəni fəalın dosyesinə bəraət hökmünü ləğv edən Maku Cəza Məhkəməsinin 2-ci şöbəsi baxacaq.

Qeyd edək ki, Bəhmən Nəsirzadə İranın Təhsil nazirinə məktub yazaraq dərs vəsaitlərində antitürk və antiazərbaycan materiallar olduğuna etiraz etdiyi üçün Zəncan vilayətində yerləşən Qeydar şəhərinə 2 il müddətinə sürgünə məhkum edilmişdi.

“İftira və yalan məlumat yaymaq”da ittiham edilən Nəsirzadəyə məhkəmə tərəfindən bəraət verilmişdi.

Mənbə: axar.az