Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyətini bərpa edir

Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyətini bərpa edir

Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi bui gündən etibarən fəaliyyətini bərpa edir.

Mədəniyyət ocağı ziyarətçilərini Gürcüstanın Səhiyyə Nazirliyinin hazırladığı xüsusi təlimata uyğun qəbul edəcək.

Muzeyə daxil olan qonaqların hərarəti ölçüləcək, əlcək və baxillər təqdim olunacaq.

Tibbi maskasız şəxslərin məkana daxil olmasına icazə verilməyəcək. Muzey dezinfeksiyaedici vasitələrlə də təmin olunub.

Qeyd edək ki, Gürcüstanda muzeylər koronavirus pandemiyası səbəbindən martın əvvəlindən bağlı olub.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com