“Lion Air” aviakompaniyası işçilərini ixtisara salıb

“Lion Air” aviakompaniyası işçilərini ixtisara salıb

Yeni növ koronavirusdan əziyyət çəkən İndoneziyanın “Lion Air” aviakompaniyası 2 600 personalını işdən çıxaracaq.

Cebhe.info xəbər verir ki, bu barədə “Jakarta Globe” qəzeti məlumat yayıb.

Şirkətin sözçüsü Dananq Mandala Prihantoro açıqlamasında ümumi 29 min işçisi olan aviakompaniyanın fəaliyyətinə davam etməsi üçün personalın yüzdə 8.9 faizini işdən çıxarmaq məcburiyyətində olduqlarını bildirib.

Sözçü vəziyyət düzəlincə, işdən çıxarılanların yenidən vəzifələrinə qaytarılacaqlarını da vurğulayıb.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info