Maraqlı olay: Ev sakinləriylə birlikdə satışa çıxarıldı

Maraqlı olay: Ev sakinləriylə birlikdə satışa çıxarıldı

Rusiyada maraqlı hərrac olayı baş verib. Belə ki, Rusiya Hərrac Evi Tümendə yaşayış evini satışa çıxarıb.

Cebhe.info xəbər verir ki, bu ev 2016-cı ildə müflis olmuş "Sibneftbnk"ın əmlakı olub. Ancaq maraqlıdır ki, ev satışa orada yaşana insanlarla birgə çıxarılıb. Belə ki, evdə hələ də qeydiyyatda olan və yaşayanlar var.

"Ura.ru" yazır ki, vətəndaşlar həmin evdə hələ də yaşamağa davam edirlər. 2,26 milyon rubl qiymət qoyulan evlə bərabər hərracın qalibi 553 kvm əraziyə də sahib olacaq.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info