Bakıdan rayonlara gediş-gəliş nə zaman bərpa olunacaq? - AÇIQLAMA

Bakıdan rayonlara gediş-gəliş nə zaman bərpa olunacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi iyulun 6-da 513 nəfər koronavirusa yoluxub, 440-ı isə sağalaraq evə buraxılıb. Son iki gündə yoluxanların sayında azalma müşahidə olunur. Havalar istiləşdikcə insanlar istirahət etmək üçün bölgələrə üz tutmaq istəyir. Son iki gündə yoluxanların sayında müşahidə olunan azalma dinamikası davam etsə, gələn həftədən insanların rayonlara gediş-gəlişinə icazə veriləcəkmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Operativ Qərargahın atacağı növbəti addımlar yaranan şəraitə və gündəlik yoluxanların sayına uyğun olacaq:

"Amma burada hər şey bu məsələyə vətəndaşın münasibətindən asılıdır. Vətəndaş bütün məhdudiyyətlərə və qoyulan qaydalara əməl etsə, gündəlik yoluxmaların sayı azalar. Gündəlik yoluxma azalarsa karantin rejimi tədricən yumşaldılar. Mən hesab edirəm ki, dövlətimizlə yanaşı hər birimizin fəaliyyətindən çox şey asılıdır. Son günlər yoluxanların sayının bir qədər azalması və sağalanların sayının çoğalması müəyyən ümidlər verir. Düşünürəm ki, bu müsbət dinamika davam edərsə karantin rejimi mərhələli şəkildə yumşaldıla və insanların rayonlara getməsinə icazə verilə bilər. Bunun üçün də insanlar qoyulan qaydalara və verilən tövsiyələrə əməl etməldir. Ancaq bu yolla biz əvvəlki normal həyatımıza tezliklə qayıda bilərik".

Mənbə: big.az