“Səhvlərini görmürlər, təbiəti günahlandırırlar” - Deputat Razi Nurullayev su problemindən danşdı

“Səhvlərini görmürlər, təbiəti günahlandırırlar” - Deputat Razi Nurullayev su problemindən danşdı

“Rayonda yaşayanda qurdlu su içirdik, bulanıq suyu duruldub istifadə edirdik. Gecə-gündüz də yatmırdıq ki, əkdiyimiz əkin-biçin yanmasın. 90-cı illərdə Bakıda təhsil alan zaman tələbə yataqxanasına 300 metrdən su daşıyırdıq. Bir vedrə su götürmək üçün iki saat növbədə dayanırdıq. Bu gün də şəhərin bəzi yerlərində su problemi mövcuddur”.

Cebhe.info xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib. R.Nurullayev bildirib ki, bu məsələdə məsuliyyət “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür:

““Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti təbiət hadisələrini öyrənirlər. Vəzifələri səhv düşüb. Yağış yağmırsa su da olmur. Bu gülməli yanaşmadır. Səhvlərini, büdcə vəsaitlərini yanlış xərcləməni, pis idarəçiliyi, vaxtında tədbir görülməməsini, düzgün sərmayə proqramı hazırlamamalarını boyunlarına almırlar, elə təbiəti və insanları günahlandırırlar. Su kanalları əlli faiz su itkisinə yol verir deyirlər. Elə bil onları vəzifəyə təyin ediblər ki, ancaq problemi desinlər. Biabırçılıqdır. Müstəqil dövlətə, müstəqil büdcəyə malik olduq, amma yenə də problemlər yarım əsr davam edir. Ciddi yoxlamalara və görülən işlərin xərclənməsinin monitorinqinə ehtiyac var və biz bunu edirik”.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info