Roqozinin müşaviri dövlətə xəyanət ittihamı ilə həbs olundu - VİDEO

"Roskomos"un baş direktoru Dmitri Roqozinin müşaviri İvan Safronov Rusiya təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən Moskvada həbs olunub.

Avropa.info xəbər verir ki, dövlətə xəyanət ittihamı ilə saxlanılan müşavirin istintaqa aparıldığı bildirilir.

"Roskosmos"da Safronovun Rusiya CM-nin 275-ci maddəsi (Dövlətə xəyanət) saxlanıldığını təsdiqləyiblər.

"Biz hələ ki, bu halı şərh etmirik" - dövlət korporasiyasının mətbuat katibi Vladimir Ustimenko deyib.

Qeyd edək ki, "Roskosmos"un baş direktoru Dmitri Roqozin Safronovu bu ilin may ayında informasiya siyasəti üzrə müşavir təyin etmişdi. Bunadək o, "Kommersant" və "Vedomosti" qəzetlərində işləyib, kosmik proqramlar və hərbi-texniki əməkdaşlıq məsələləri üzrə ixtisaslaşıb.

 

Avropa.info

ƏVVƏLKİ XƏBƏR

IBA Miles kartları ilə gələcək səyahətlər üçün indidən millər topla!

SONRAKI XƏBƏR

ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyona çatır