Culfada dezinfeksiya tədbirləri davam etdirilir

Culfada dezinfeksiya tədbirləri davam etdirilir

 

Muxtar respublikada pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlərə cəlb edilən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tərəfindən Culfa rayonunda, ümumilikdə, 75 min kvadratmetr yol və səkilər dezinfeksiya edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dezinfeksiya tədbirləri rayonun Göydərə, Saltaq, Bənəniyar və Əbrəqunus kəndlərində həyata keçirilib.

AZERTAG.AZ :Culfada dezinfeksiya tədbirləri davam etdirilir

Mənbə: azertag.az