Karantini pozanlara hansı cəza verilməlidir? - MİLLƏT VƏKİLİ

Karantini pozanlara hansı cəza verilməlidir? - MİLLƏT VƏKİLİ

"Bu hadisə bir daha göstərdi ki, yoluxma sayının artmasının səbəbkarı məhsuliyyətsiz vətəndaşlardır".

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Fazil Mustafa sosial şəbəkələrdə Bakıdakı "Fairmont Bakı" otelindən yayılan görüntülərlə bağlı danışarkən deyib. O bildirib ki, belə insanların cəzalandırılması digər qaydaları pozmaq istəyən şəxslərə də nümunə olacaq:

“Qaydaları pozan şəxslərin cəzalandırılması, cəmiyyətdə ifşa olunması başqalarına da dərs olar. Onlara ictimai qınağın olması da çox vacib məsələdir. Çünki dövlət onları ancaq cərimə və ya məhkəmə qərarı ilə bir neçə günlük həbs edə bilər. Yəni, qayda pozub deyə öldürmək, ömürlük həbs eləmək olmaz. Bu baxımdan belə məsələlərdə ictimai qınağı artırmaq lazımdır”.

Millət vəkili bildirib ki, dövlət öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, hələ də bəzi vətəndaşlar bu öhdəliyi yerinə yetirmək istəmir.

Mənbə: redaktor.az