Kürdəki problem payıza qədər davam edəcək

Kürdəki problem payıza qədər davam edəcək

Kür çayında problem payız fəslinə doğru, sululuğun artacağı dövrə qədər davam edəcək. Azvision.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, yağıntıların çoxalması ilə çayda sululuq artacaq: "Kür çayında suyun azalmasının üzərində anbarların tikilməsi ilə əlaqəsi yoxdur. Anbarların tikilməsi çayın su səviyyəsinin idarə olunmasını asanlaşdırır. Sululuğun azalması yağıntıların, bulaqların azalması ilə əlaqədardır. Bu gün kiçik dağ çaylarının üzərində kiçik su anbarlarının qurulması planlaşdırılır. Sel gəldi getdi, amma onun suyu yığılsa, bir ay istifadə edilə bilər".

Mənbə: azvision.az