İyulun 20-dən sonra müəyyən şərtlərlə kafe və restoranlar açılacaq?-AÇIQLAMA

İyulun 20-dən sonra müəyyən şərtlərlə kafe və restoranlar açılacaq?-AÇIQLAMA

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərərgahın verdiyi qərara əsasən iyul ayının 5-dən 20-dək xüsusi karantin rejimi tətbiq olundu. Bununla da ölkədə yerində xidmət göstərən kafe və restoranlar işini dayandırıldı.

İyul ayının 20-si xüsusi karantin rejimi bitdikdən sonra sosial məsafə qorunmaqla restoran və kafelərin fəaliyyətinin bərpa olunması gözlənilirmi?

Bu barədə deputat Aydın Hüseynov Sonxeber.az-a açıqlama verib.

Deputat bildirib ki, birinci növbədə biz pandemiyanın qarşısını almaq üçün mümükün tədbirlər barədə fikirləşməliyik:

"Əlbəttə, bu gün hər şey mümkün ola bilər. Ancaq o mümkünlüyün arxasında sonradan nə olacaq deyə biz onu nəzərə almalıyıq. Tutaq ki, bu restoran və kafelər açıldı, bu bizə nə verəcək? Virusun azalmasına səbəb olacaqmı? Bu gün biz ilk növbədə bunu fikirləşməliyik. Bütün düşüncələrimiz bu istiqamətdə olmalıdır. Ona görə də mən hesab edirəm ki, əgər həmin restoran sahibləri qoyulan qadağalara əməl edəcək və sosial məsafə müştərilər arasında qoruna biləcəksə ,müəyyən dərəcədə fəaliyyətlərini bərpa etmək olar. Amma bir daha vurğulayıram ki, əsas hədəfimiz pandemiyanın yox olmasına hədəflənməlidir. ".

Mənbə: sonxeber.az