HİV-ə yoluxanlar 23 faiz azalıb

HİV-ə yoluxanlar 23 faiz azalıb

Dünyada QİÇS xəstəliyindən ölənlərin və bu xəstəliyə səbəb olan HİV-ə yoluxanların sayı azalıb.

Bu barədə BMT-nin QİÇS üzrə vahid proqramı təşkilatı açıqlama verib.

Hesabatda qeyd olunur ki, 2019-cu ildə HİV-ə 1.7 milyon insan yoluxub.

Bu, 2010-cu illə müqayisədə 23 faiz aşağı göstəricidir.

Hesabat ilində HİV-dən 690 min insan ölüb ki, onlardan 95 mini uşaqdır.

Rəsmilər koronavirus pandemiyası ilə əlaqədar QİÇS xəstəliyi ilə mübarizə imkanlarının məhdudlaşdığına dair xəbərdarlıq da ediblər.

Belə ki, ilin birinci yarısında QİÇS-in müalicə mərkəzləri 30 faiz azalıb.

Bundan başqa, bir sıra ölkələrdə dərman ehtiyatları da tükənib.

REAL

 

Mənbə: www.realtv.az