İmişlidə "Aztelekom" un 700 mininci abunəçisi telekommunikasiya xidmətləri ilə təmin edildi - FOTO

İmişlidə "Aztelekom" un 700 mininci abunəçisi telekommunikasiya xidmətləri  ilə təmin edildi - FOTO

“Aztelekom” 700 mininci abunəçini telekommunikasiya xidmətləri ilə təmin etdi.

Bu barədə Avropa.info-ya İmişli RİH-dən məlumat verilib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrə diqqətinin nəticəsidir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC tərəfindən də telekommunikasiya xidmətlərindən istifadə edənlərin sayı və əhatə dairəsi günbəgün genişlənməkdədir. Belə ki, “Aztelekom” tərəfindən regionlarda müasir tələblərə uyğun yenidənqurma layihələri həyata keçirilir və bu layihələrin də əsəs məqsədi ilk növbədə keyfiyyətli və çeşidli xidmət göstərməklə müştəri məmmuniyyətini qazanmaqdır. Bunun bariz nümunəsidir ki, 700 mininci abunəçi İmişli rayon Aranlı kənd sakini, 2-ci qrup Qarabağ əlili Həsənov Aydın Hüseynağa oğlu olmuşdur. “Aztelekom” MMC həmin abunəçini təbrik edərək ona modem və digər hədiyyələr təqdim etmiş, telefondan, internetdən 6 ay ərzində ödənişsiz istifadə edəcəyini bildirmişdir. İmişli rayon İcra Hakimiyyəti adından Həsənov Aydın Hüseynağa oğlunu və ailə üzvlərini təbrik edir, istifadəçisi olduğu yeni telefon və internet xidmətlərindən hər zaman xoş xəbərlər eşitməyini arzu edirik. "
Yeni abunəçi Həsənov Aydın Hüseynağa oğlu öz növbəsində telefon və internetdən istifadə edə biləcəklərinə çox sevindiklərini bildirərək yaradılan imkana görə öz adından və ailəsi adından ölkə rəhbərinə dərin təşəkkürünü bildirmişdir.

Mənbə: avropa.info