Həcc ziyarətinə maska məcburiyyəti gətirildi

Həcc ziyarətinə maska məcburiyyəti gətirildi

Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün görülən Kovid-19 tədbirlərini açıqlayıb.

Primetime.az xəbər verir ki, Həcc ziyarəti müddətində Məkkə ziyarətləri sadəcə maska ilə gerçəkləşəcək. Bundan başqa Məkkəyə gedəcək olan zəvvarlara 65 yaş məhdudiyyəti qoyulub. Belə ki, Kəbəni sadəcə 65-dən yaşdan aşağı olanlar ziyarət edə biləcək.


Ölkə daxilindən gələn ziyarətçilərin sayı da Səudiyyə Ərəbistanı Xəstəliklərin Qarşısının Alınması və Mübarizə Mərkəzi tərəfindən bir neçə min ilə məhdudlaşdırılıb və maska ​ taxmaq məcburiyyəti gətirilib. Bundan başqa zəvvarlar paltar, salfet və ya mobil telefon kimi şəxsi əşyalarını da bir-biri ilə paylaşmayacaq.


Qeyd edək ki, Səudiyyə Ərəbistanında Kovid-19 nəticəsində 1900 nəfər ölüb, 209 min nəfər virusa yoluxub.

Mənbə: primetime.az