Sutka ərzində Pakistanda 2691 nəfər koronavirusa yoluxub

Sutka ərzində Pakistanda 2691 nəfər koronavirusa yoluxub

İslamabad, 7 iyul, AZƏRTAC

Son sutka ərzində Pakistanda COVID-19-a 2691 nəfər yoluxub. Hazırda ölkədə ümumilikdə 234 min 509 koronavirus xəstəsi var.

AZƏRTAC xəbər verir ki, sutka ərzində COVID-19-dan 77 xəstə vəfat edib və beləliklə, ölənlərin sayı 4839 nəfərə çatıb.

Ölkə xəstəxanalarında 94 min 713 virusa yoluxan var, 2306 xəstənin vəziyyəti kritikdir.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Mənbə: azertag.az