“Karantin rejimində insanların evdə oturmasını təmin etmək üçün müəyyən işlər görülməlidir”

“Karantin rejimində insanların evdə oturmasını təmin etmək üçün müəyyən işlər görülməlidir”

Adil Qeybulla: “Günəmuzd işləyən elə insanlar var ki, onlar məcburiyyət qarşısında bayıra çıxmağa məcbur olurlar”

Məlum olduğu kimi, ölkəmizdəkarantin müddətinin uzadılması ilə yanaşı, onun coğrafiyası da genişləndirilib.Belə ki, əlavə olaraq 8 rayon və şəhərdə də karantin rejiminin tətbiqi həyatakeçirilir ki, məqsəd pandemiyanın sürətlə yayılmasının qarşısını almaqdır.

Maraqlıdır, istər karantinmüddətinin uzadılması, istərsə də bu rejimin digər şəhər və rayonlarda da tətbiqikoronavirusla mübarizədə öz müsbət nəticəsini verəcəkmi?

Moderator.az-a açıqlamaverən professor Adil Qeybulla görülən tədbirlərin nəticə verəcəyinə inandığınıvurğuladı:

“Karantin rejimi məcburibir aktdır. Doğrudur, yay aylarında bu, xeyli dərəcədə çətindir. Sadəcə,karantin rejimində insanların evdə oturmasını təmin etmək üçün müəyyən işlərgörülməlidir. Elə etmək lazımdır ki, insanlar minimal tələbatlarını təmin edəbilsinlər. Doğrudur, dövlət 190 manat vəsaitin ödənilməsi prosesinə başlanılıb.Lakin bununla yanaşı, bundan yararlana bilməyən insanların durumu da nəzərəalınmalıdır. Günəmuzd işləyən elə insanlar var ki, onlar məcburiyyət qarşısındabayıra çıxmağa məcbur olurlar.

Karantin rejimi istənilənhalda müəyyən qədər effekt verəcək. Yayılma prosesinin qarşısını müəyyən qədər də olsa alacaq. Lakinbiz karantin davranışlarına əməl etməyə daha çox diqqət yetirməliyik”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az