“Hər koronavirus xəstəsinə təyin etmək doğru deyil”- Məşhur pulmonoloq DEKSAMETAZON barədə

“Hər koronavirus xəstəsinə təyin etmək doğru deyil”- Məşhur pulmonoloq DEKSAMETAZON barədə

Dexamethasone adlı dərman barədə ÜST məlumat verən kimi, Azərbaycanda əhali bu preparata az qala hücum etdi. Testi pozitiv çıxan, çıxmayan, temperaturu 37-ni keçən dərhal deksametazon vurur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, hazırda İspaniyada olan pulmonoloq Əlizamin Sadiqov deksametazonun kimlərə təyin edilə biləcəyini açıqlayıb:

" Elə bütün COVID-li xəstələrə deksametazon tətbiq edilmir. Xəstəliyin başlanğıcında, simptomsuz dövründə bu doğru addım deyil.

Deksametazon yalnız xəstəliyin 8-ci günündən sonra, ağciyər zədələnməsi, təngnəfəslik, yəni tənəffüs çatışmazlığı və hipoksiya, xəstədə oksigen azlığı olarsa tətbiq olunur. Harda ki, Sitoken fırtınası. Sepsis, orqan iflası gözlənilir.

Deksametazon çox az dozada sutkada 6 mq təyin edilir. O, yalnız reanimasiya və intensiv terapiya şöbələrində yatan və ağciyərləri kəskin zədələnməyə doğru gedən xəstələrə verilə bilər. Hər koronavirusa yoluxana Deksametazon göstəriş deyil.

Mənbə: news.milli.az