Sonuncu A380-in gövdəsi də montaj mərkəzinə çatdırılıb - VİDEO - FOTO

İstehsal olunacaq son Airbus A380-nin gövdəsinin əsas hissələrini daşıyan karvan şirkətin son montaj mərkəzi olan, təyyarələrin istehsalat prossesinin tamamlandığı Tuluzadakı fabrikə çatıb. MSN272 kodlu gövdə bunun üçün dəniz və quru ilə 500 km yol qət edib.

Bu hadisə çox sayda adamın marağına səbəb olub və yola salınma mərasimini xeyli insan kütləsi müşahidə edilib. Qeyd edək ki, tək konfiqurasiyada 853 nəfərə qədər sərnişin daşıya bilən bu nəhəngin sonunu gətirən əsas amillər yanacaq və digər xərclərinin çox olması, tam dolduğu rotaların sayının azlığıdır.

İki mərtəbəli və dünyanın ən böyük sərnişin təyyarəsi hesab edilən A380-nin əsas müştərisi olan Emirates şirkəti keçən il sifarişlərinin bəzilərini başqa təyyarələrlə əvəzləməyi qərara aldığını bildirmişdi. Bundan bir qədər sonra isə, Airbus sonuncu A380-nin 2021-ci ildə istehsal edilərək təhvil veriləcəyini açıqlamışdı. Sözügedən gövdə də məhz gələn il montajı tamamlanacaq təyyarəyə aiddir.

2006-cı ildən bəri akiv fəaliyyət göstərir və 240-dan çox istehsal edilib. 2030-cu illərin əvvəllərinə qədər uçacağı proqnozlaşdırılırdı, lakin böyük ehtimalla, pandemiya onun da ömrünü azaldacaq...

Milli.Az

 

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Cennifer Lopez və Aleks Rodrigez 1.4 milyon dollara yeni malikanə aldı - FOTOLAR

SONRAKI XƏBƏR

Türkiyə sahillərində zəlzələ