Çilidə koronavirusa yoluxanların sayı 300 mini ötüb

Çilidə koronavirusa yoluxanların sayı 300 mini ötüb

Bakı. Trend:

Son sutka ərzində Çilidə koronavirusa 2.4 min nəfər yoluxub.

Trend-in məlumatına görə, ümumilikdə ölkədə bu virusa yoluxanların sayı 301 min nəfərə yüksəlib.

Ölənlərin sayının 6 min nəfəri keçdiyi bildirilir.

Qeyd olnur ki, sağalananların sayı 268 min təşkil edir.

Mənbə: az.trend.az