Ölüm öpüşü: Pişik sahibinin həyatına belə son qoydu

Ölüm öpüşü: Pişik sahibinin həyatına belə son qoydu

Həkimlər qadının orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər

BAKI, 7 iyul — Sputnik. Avstraliyanın Melburn şəhərinin sakini pişiyin cırmaqlaması və yaranı yalamasından sonra ölüb.

Sputnik Azərbaycan "Herald Sun" nəşrinə istinadən xəbər verir ki, 80 yaşlı qadının qohumları onu yataqda şüursuz halda yanında pişiklə tapıblar.

Həkimlər onun orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər.

Pensiyaçı komada doqquz gün keçirib, bundan sonra onu həyat təminatı sistemindən ayırıblar.

Yerli xəstəxanalardan birinin yoluxucu xəstəliklər üzrə direktoru Lindsi Qreyson bildirib ki, ev sahibləri pişiklərinə açıq yaraları yalamağa imkan verməməlidirlər. Eyni zamanda o xəbərdarlıq edib ki, immunitet sistemi pozulmuş şəxslər bu ev heyvanlarından qaçmalıdırlar.

Bakterial meningit bakterial infeksiya nəticəsində baş və onurğa beyni membranlarının iltihabıdır.

Mənbə: sputnik.az