Uçuş zamanı sosial məsafələr niyə qorunmur? - RƏSMİ AÇIQLAMA

Uçuş zamanı sosial məsafələr niyə qorunmur? - RƏSMİ AÇIQLAMA

Son zamanlar sosial şəbəkələrdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı şikayətlər səngimir. Bildirilir ki, uçuş zamanı sosial məsafələr qorunmur.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, bu vəziyyət təkcə Azərbaycanda deyil, digər dünya ölkərində də yaşanır:

“Uçuş bileti alan sərnişinlər test yoxlanışından keçirlər. Testin nəticəsi neqativ olan bütün sərnişinlərin uçuşuna şərait yaradılır. Təyyarələrdə sosial məsafə məsələsinə gəlincə bu hala təkcə Azərbaycanda yox, başqa ölkələrdə də rast gəlinr. Bilet alan bütün sərnişinlərin sağlamlıqları barədə tibbi arayışları olduğu üçün bu hansısa problem yaratmır”.

Mənbə: www.unikal.org