Bərdədə koronavirus pandemiyasına qarşı dezinfeksiya tədbirləri davam etdirilir

Bərdədə koronavirus pandemiyasına qarşı dezinfeksiya tədbirləri davam etdirilir


DİA.AZ: - Bərdədə Koronavirus (COVİD-19) infeksiyasına qarşı dezinfeksiya tədbirləri davam etdirilir.
DİA.AZ xəbər verir ki, Bərdə rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı rayonun prospekt və küçələrində, idarə və müəssisələrində dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir.

Mənbə: www.dia.az