“Antisanitar vəziyyət varsa, artıq ekoloji tarazlıq pozulub" - EKOLOQ

“Antisanitar vəziyyət varsa, artıq ekoloji tarazlıq pozulub" - EKOLOQ

İyulun 6-da etibarən paytaxt Bakıda kəskin iy-qoxu yayılıb.

Monitorinq və lazımi analizlər üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən nümunələr götürülsə də, məsələnin dəqiq həlli üsulu təklif olunmayıb.

Məsələ ilə bağlı ekoloq Cəmşid Bəxtiyar Cebhe.info-ya bildirib ki, Bakının müxtəlif ərazilərində əvvəllər də müşahidə olunan kəskin qoxu antisanitar şəraitdən xəbər verir: "Yəqin ki, təmizlik işləri qaydasında deyil, bunu da yerində müşahidə edib, həll üsulunu təklif etmək lazımdır. Mən pandemiya başlamamışdan əvvəl rayondayam, orada hazırda nə baş verir, dəqiq xəbərim yoxdur".

"Od olmayan yerdən tüstü çıxmaz" deyən ekoloq onu da bildirib ki, ekoloji tarazlıq pozulmasa, antisanitar şərait mövcud olmasa, kəskin qoxu olmaz: “Qoxu varsa, antisanitar vəziyyət varsa, artıq ekoloji tarazlıq pozulub".

Qeyd edək ki, hadisənin dəqiq araşdırılması üçün komissiya təşkil olunub.

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info