Kanye Vest prezidentliyə namizədliyini irəli sürəcək

Kanye Vest prezidentliyə namizədliyini irəli sürəcək

Amerikalı müğənni Kanye Vest, ABŞ prezident seçkilərinə müstəqil namizəd olaraq qatılmaq niyyətində olduğunu açıqlayıb, buna səbəb ölkənin hazırkı başçısı Donald Trampın Respublikaçıların namizədi olmasıdır.

İnterAz bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

"Tramp olmasaydı, respublikaçılardan namizəd olardım. Müstəqil (namizəd) olaraq namizədliyimi irəli sürəcəm, çünki Tramp var", deyə Vest "Forbes" jurnalına verdiyi müsahibədə bildirib.

Vest dəfələrlə Trampı dəstəkləyən açıqlamalar verib.

O bildirib ki, prezidentliyə namizəd olmaq fikri rep bəstələyərkən onun ağlına gəlib.

Bu niyyətini isə ilk dəfə 2015-ci ildə "MTV Video Vanguard Awards" tədbirində səsləndirib.

Mənbə: www.interaztv.com