Yüzlərlə alimdən ÜST-ə narahatlıq dolu MÛRACİƏT

32 ölkədən 239 alim Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) virusun hava vasitəsi ilə yoluxmasına dair açıq məktub ünvanlayıb.

Cebhe.info xəbər verir ki, dünyada sürətlə yayılmağa davam edən virusun qarşısını ala bilməyən alimlər ÜST-ə qərarlarını yeniləməyi təklif edib.

Onlar bildirib ki, indiyə qədər virusun sadəcə böyük damcılar vasitəsi ilə yaxın təmasdan yayıldığı deyilib: "Lakin görünən odur ki, virus kiçik damcılar vasitəsi ilə də çoxalır. Dövlətlər havalandırma ilə çalışan qapalı məkanlarda da diqqətli olmalıdır".

ÜST isə məsələ ilə bağlı bildirib ki, bunu təsdiqləyəcək sübut yoxdur. Virus daha çox insanların 1 metrdən daha yaxın məsafədən sıx təmasda olması səbəbi ilə yayılır.

ÜST-ün infeksiyaların qarşısının alınması və nəzarəti mütəxəssisi Dr. Benedetta Alleqraniz bildirib: "Son zamanlar virusun hava yolu ilə yoluxa biləcəyi ehtimalını biz də düşünürük, amma bunu təsdiqləyəcək sübutlar yoxdur. Görüləcək bütün tədbirlərin bu istiqamətdə yönəldilməsi düzgün olmaz".

ÜST onu da qeyd edib ki, məlumat təsdiqlənsə, sosial məsəfə qaydalarına düzəlişlər edilməlidir: "Qapalı məkanlarda belə maskalardan istifadə edilməli, havalandırma sistemləri yenilənməlidir".

Semra Ələkbərli
Cebhe.info

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

AzTV-nin koronavirusa yoluxan əməkdaşı sağaldı - Foto

SONRAKI XƏBƏR

Merkelin yeni Avropa planı