Regional İdarədə maaşlar niyə gecikdirilir?

Regional İdarədə maaşlar niyə gecikdirilir?

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları maaşlarının gecikdirilməsindən narazıdır.

AzToday.az-a şikayətlərində işçilər bildirib ki, maaşlarının gecikdirilməsinin səbəblərini bilmirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyin “168” nömrəli qaynar xəttinə müraciət eləsələrdə, onlara dəqiq bir söz deməyiblər.

Hər ayın sonunda maaş aldıqlarını deyən işçilərin sözlərinə görə, son zamanlar maaş gecikmələrindən əziyyət çəkirlər.

İşçilər həmçinin Regional Meşə Təsərrüfatı Mərkəzinə yeni təyin olunan direktordan da narazıdırlar. Direktorun onarın heç bir bir problemi ilə maraqlanmadığını deyən işçilər bildirir ki, yeni direktor otağından çölə çıxmır. Kənardan gətirdiyi bir şəxslə kabinetində oturur. Hətta günorta yeməyini belə kabinetində yeyirlər…

Mənbə: milletinsesi.info