Moskvada teatrlar avqustun 1-dən açılır

Moskvada teatrlar avqustun 1-dən açılır

 

Rusiyanın paytaxtı Moskva şəhərində teatrların açılmasına icazə verilib.

APA nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Moskva Myuzikl teatrının bədii rəhbəri Mixail Şvıdkoy TASS-da keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Moskva teatrlarına avqustun 1-dən tamaşaçı sayını 50 faizə qədər məhdudlaşdırmaqla, fəaliyyət göstərməyə icazə verilib.

Mənbə: apa.az