İnsan boyda olan yarasa görənləri DƏHŞƏTƏ GƏTİRDİ - FOTO

İnsan boyda olan yarasa görənləri DƏHŞƏTƏ GƏTİRDİ - FOTO

Filippinli Aleks Costar özünün "Twitter" səhifəsində insan boyda olan nəhəng yarasanın fotosunu paylaşıb.

BiG.AZ-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, görənləri dəhşətə salan şəkil tez bir zamanda internetdə yayılıb.



Costerin sözlərinə əsasən, yaşadığı yerlərdə belə ölçüdə yarasaların olması adi haldır.

Lakin qorxunc görünüşə sahib olsalar da, yalnız Filippində yaşayan bu növ yarasalar təhlükəli deyillər və əsasən meyvəylə qidalanırlar.

Dünyada təxminən 1100 növ yara mövcuddur. Alimlər bu canlıların 100 milyon il əvvəl, yəni dinozavrlarla birlikdə yaşadığını iddia edirlər. Yarasalar nəsillərini ildə bir dəfə artırır və yalnız bir bala gətirirlər. Onların ömrü təxminən 30 il və daha çox olur.

Natəvan Baxşiyeva

 

Mənbə: big.az