Qılınc qınsız, dövlət xainsiz olmaz

Qılınc qınsız, dövlət xainsiz olmaz

Millət vəkili Tahir Mirkişili: "Neftin qiymətinin 14 dollar olması bəzi insanların təsəvvür və arzu etdiyi kimi Azərbaycan üçün heç bir faciəyə gətirib çıxarmayacaq" "2019-cu ildə Dövlət Neft Fondunun gəlirləri 19 milyard manat olub. Bu gəlirlərin 14.6 milyard manatı neftin ixracından əldə edilən gəlirlər olub. 4.4 milyard manatı digər fəaliyyətlərdən əldə olunub. 2019-cu ildə Azərbaycan neftinin dünya bazarlarında orta satış qiyməti 66.8 dollar olub. Bu 19 milyard manatdan 11.3 milyard manat dövlət büdcəsinə köçürülüb, 200 milyan manat isə qaçqın və məcburi köçkünlər üçün mənzillərin inşasına yönəldilib". Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Facebook" səhifəsində yazıb. O, neftin qiyməti 14 dollar olacağı halda nələrin baş verə biləcəyinə də aydınlıq gətirib: "Qılınc qınsız, dövlət xainsiz olmaz. Neftin qiyməti 14 dollar olsa idi nə baş verərdi? Təxmini hesablasaq, o zaman Azərbaycanın neftin ixracından əldə edəcəyi gəlir təqribən 3 milyard manat olacaqdı. Digər fəaliyyətlərdən də əldə olunan gəlirlərin təqribən dəyişməz olacağını qəbul etsək, onda Dövlət Neft Fondunu gəlirləri 7.4 milyard manat olacaqdı. Heç bir xərcləri ixtisar etməsək və dövlət büdcəsinə köçürmələri 2019-ci ildəki kimi yüksək saxlasaq, onda təqribən 4 milyard manat çatmayacaqdı (11.4-7.4). Bu da 2.35 milyard dollar edir. Heç bir əlavə tədbirlərin görülməməsini fərz etsək, Azərbaycanın strateji valyuta ehtiyatlarının 50 mlrd dollardan çox olduğunu nəzərə alsaq, onda bu fərqin illərlə ödənməsi Azərbaycan üçün heç bir çətinlik tələb etmir. Yəni, neftin qiymətinin 14 dollar olması bəzi insanların təsəvvür və arzu etdiyi kimi Azərbaycan üçün heç bir faciəyə gətirib çıxarmır və çıxarmayacaq. Əlavə olaraq islahatları və qeyri-neft sektorunu inkişadı tempini nəzərə alsaq onda mənzərə xeyli daha yüngülləşir". Rufik İSMAYILOV

Mənbə: kaspi.az