Qandallar, stomatoloq kreslosu, skalpellər... İşgəncə konteynerindən dəhşətli görüntülər - VİDEO

Qandallar, stomatoloq kreslosu, skalpellər...     İşgəncə konteynerindən dəhşətli görüntülər - VİDEO

Tavana və döşəməyə bərkidilmiş qandallar, skalpellər, balaklavlar, zirehli geyimlər, polis forması, stomatoloji kreslo və 25 növ silah...

Bunlar Niderlandda polisin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində aşkarlanan işgəncə kamerasında aşkarlanmış alət və avadanlıqlardır.

Buta.ws Oxu.az-a istinadən xəbər verir ki, RT bununla bağlı kadrları yayımlayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, əvvəlcə zabitlər cinayətkarların “EncroChat” şifrələnmiş şəbəkəsində bir-biri ilə ünsiyyət qurduqları çata qoşulublar. Bu çatda silah və narkotik satışı, sifarişli qətllər və işgəncələr müzakirə edilib.

Sonradan Rotterdam kənarında həbsxana kimi təchiz olunmuş yeddi konteyner aşkarlanıb. Bunlardan biri işgəncə kamerası rolunu oynayıb.

Əməliyyat nəticəsində altı nəfər saxlanılıb.

Mənbə: buta.ws