“Azərişıq”dan daha bir şikayət: “Vətəndaşlara o qədər etinasız yanaşır ki...”

“Azərişıq”dan daha bir şikayət:     “Vətəndaşlara o qədər etinasız yanaşır ki...”

"Azərişıq" vətəndaşlara o qədər etinasız yanaşır ki, hansısa profilaktik işlərin görülməsi ilə əlaqədar bir neçə saatlıq elektrikin kəsiləcəyi barədə əvvəlcədən nə məlumat verir, nə də hansısa qəza baş verdiyinə görə saatlarla işıq yanmayanda bunun səbəbini açıqlayır.

Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Rəşad Vaqifoğlu deyib.

R.Vaqifoğlu bildirib ki, iyulun 8-də 37 dərəcə temperatur hava olan zaman 3 saat işıq yanmayıb: “Saat 20:30-da elektrik verdilər, yenidən söndürdülər. İndi hardan bilək, hansısa qəza baş verib, yoxsa səbəb nədir? Bütün qurumlar pis-yaxşı sosial şəbəkə üzərindən vətəndaşlarla əlaqə qurur. "Azərişıq" isə deyəsən “Facebook” səhifəsində bir cümləlik xəbərdarlıq, yaxud izahedici formada bir məlumat paylaşmağa ərinir”.

Qeyd edək ki, R.Vaqifoğlu Masazırda yaşayır. Sosial şəbəkədə yayılan məlumatlardan aydın olur ki, Abşeron rayonunda bu istiqamətdə problemlər daha qabarıq olur.

Mənbə: pravda.az