"Şərq"in rəngli hekayəsi başladı - FOTO

"Şərq"in rəngli hekayəsi başladı - FOTO


DİA.AZ: - Ölkənin ən nüfuzlu müstəqil çap mediası nümunələrindən biri olan "Şərq" qəzeti bu gündən etibarən gündəlik rəngli yayıma başlayıb. DİA.AZ bildirir ki, bununla bağlı məlumatı qəzetin Baş redaktorunun birinci müavini Yusif Nəzərli paylaşıb.
Qeyd edək ki, bu vaxta qədər müxtəlif çətinliklər hesabına ayaqda durmağı bacaran "Şərq" qəzeti mətbuatda həm də bir məktəb rolunu oynayıb. Belə ki, bu qəzetdə yetişmiş onlarla əməkdaş bu gün müxtəlif KİV-lərdə və ayrı-ayrı qurumlarda mövqe sahibləridir ki, bunu da "Şərq"in rəhbərliyinin uğurları sırasına yazmaq olar.
"Şərq"in Baş redaktoru Akif Aşırlıdır.
Dia.az olaraq həmkarlarımızı yeni mətbu mərhələyə qədəm qoymaları münasibətilə təbrik edir, işlərində uğurlar arzulayırıq...


Mənbə: www.dia.az