Məhbusların koronavirusa yoluxma ehtimalı ilə bağlı xəbərlər yayılıb

Məhbusların koronavirusa yoluxma ehtimalı ilə bağlı xəbərlər yayılıb

Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində 18 məhbusda COVİD-19 əlamətləri var.

Bu barədə Amerikanın Səsinə yüksəkdirMəhbus Ailələrinin Koordinasiya Mərkəzinin koordinatoru Zəfər Əhmədov bildirib.

“Həmin məhbuslara neçə gündür iynə vururlar, amma halları get-gedə pisləşir. Bu gün, iyulun 9-da günorta saatlarında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən gəlib analizlər götürüb aparıblar. Bu saatlarda zonda narahatlıq panika səviyyəsindədir. Koronavirus əlamətləri olan məhbuslar hələ də müəssisənin sanitar-tibb hissəsinə yerləşdirilməyib. Bəzi məhbusların bədən temperaturu 39 dərəcəyədək yüksəkdir,” o qeyd edib.

Sosial şəbəkələrdə həmçinin 2 saylı Cəzaçəkmə Müəssisəsində COVİD-19 inveksiyasına yoluxan məhbusların olduğu barədə də məlumatlar yayılıb.

“Deyirlər koronavirus tüğyan edir. Məhbuslar qəfil yıxılıb huşunu itirir,” Arzu Abdulla Gülzaman adlı facebook istifadəçisi səhifəsində yazır.

Amerikanın Səsinin Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən və cəzaçəkmə m müəssisələrindən məlumat alması hələ mümkün olmayıb.

Mənbə: www.amerikaninsesi.org