Dünyanın ən nadir heyvanı görüntüləndi - FOTO

Dünyanın ən nadir heyvanı görüntüləndi  - FOTO

Yer üzündəki nadir canlılardan biri illər sonra balaları ilə birlikdə görülüb.

Unikal.org xəbər verir ki, Afrika ölkəsi Nigeriyadan paylaşılan fotolar dünyada böyük təəssürat yaradıb.

Belə ki, dünyadakı ən nadir canlılardan biri illər sonra ortaya çıxıb. Tədqiqatçılar illər sonra nadir “Cross River” qorillalarını balaları ilə fotoşəklini çəkməyə müvəffəq olublar.

Bildirək ki, Vəhşi Təbiəti Qoruma Cəmiyyəti (WCS) qeyd edir ki, tapılan sürü dünyada yalnız 300 “Cross River” qorillalarının qalması və nəsli kəsilmə qorxusu ilə qiymətləndirilən heyvanların gələcəyinə ümiddir.

Mənbə: www.unikal.org