Bu ölkə azərbaycanlılara yeni qayda TƏTBİQ ETDİ

Bu ölkə azərbaycanlılara yeni qayda TƏTBİQ ETDİ

İsveçrədə 6 iyul tarixindən etibarən bütün ictimai nəqliyyatda olan sərnişinlərdən maska taxmaq tələb olunub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Federal Şura qərar verib.

Bildirilir ki, hökumət bu addımla virusun yayılmasının qarşısını almaq istəyir. Bu qayda bütün kantonlar üçün məcburidir.

Qərara əsəsən virusun geniş yayıldığı ölkələrdən gələn hər bir turist isə on gün karantində qalmalı olacaq. Cümə axşamı günü yayımlanan siyahıda Rusiya, Belarusiya, Azərbaycan və Şengen ərazisinə daxil olan İsveç dövləti var.

Giriş məhdudiyyətləri iyulun 20-dək qüvvədədir. İyulun 20-dən etibarən İsveçrə AB-ni izləyəcək, üçüncü ölkə, o cümlədən Çin vətəndaşlarının öz ərazisinə daxil olmasına icazə verəcək.

Federal Şura daha qısa iş qrafikinə keçid üçün pul kompensasiyasının ödənilməsini 12 aydan 18 aya qədər uzatmaq qərarına gəlib. Bununla da hökumət artan işsizliyə qarşı mübarizə aparmaq niyyətindədir. Sərbəst peşə sahiblərinə kompensasiya hüququ sentyabrın ortalarına qədər retroaktiv olaraq uzadılacaq.

Pandemiya federal büdcənin vəziyyətinə mənfi təsir göstərir. Federal Şura 2021-ci il üçün bir milyard frank planlaşdırılan kəsiri olan bir büdcə hazırlayıb. Ancaq kəsir daha yüksək ola bilər.

Federal Şura həmçinin ictimai nəqliyyatda və dəmir yolu müəssisələrində itkiləri olanlara 800 milyon frank ayırmaqla kompensasiya etmək istəyir.

Aytən Məftun

Mənbə: publika.az