Maska koronavirusa yoluxma riskini nə qədər azaldır?

Maska koronavirusa yoluxma riskini nə qədər azaldır?

Amerikalı alimlər tibbi maskadan istifadə etmənin koronavirusa yoluxma riskini 65% azaltdığını açıqlayıblar.

“Qafqazinfo” xarici mediaya isitnadən xəbər verir ki, maska ilə bərabər sosial məsafə də gözlənilərsə, Covid-19a yoluxma riski 90% azalır.

Kaliforniya Universitetinin alimləri tibbi maskanın insanları virusdan qoruduğunun elmi şəkildə sübut olunduğunu bildiriblər. Onların sözlərinə görə, virus hava yolu ilə iki xətt üzrə yayılır. Bunlardan birincisi damcılar şəklində yayılmadır. Ağız və burundan yayılan damcıları gözlə də görmək mümkünüdür.

İkinci yayılma növü isə aerozol yayılmadır. Bu yayılma növü digərlərinə nisbətən daha təhlükəlidir. Belə ki, insan danışarkən yayılan zərrəciklər gözlə görülmür və saatlarla havada qala bilir. Bu səbəbdən qapalı məkanlardan uzaq durmaq, otaq şəraitində pəncərələri açıq qoymaq lazımdır.

Mənbə: qafqazinfo.az