Orta Asiyada koronavirusa yoluxma artır

Orta Asiyada koronavirusa yoluxma artır

Orta Asiya ölkələrində koronavirus hallarının artması müşahidə edilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, üçüncü həftədir ki, Qırğızıstanda hər gün çox sayda yoluxmuş insan aşkar edilib: 200-dən 500 nəfərədək. Son gün bu rəqəm 511 olub.

“Bişkek Təcili Yardım Mərkəzinin Reanimasiya şöbəsinin müdiri Yeqor Borisov pandemiyanın əvvəlindən ən çətin dövrün indi olduğunu, son iki həftədə xəstələrin sayının kəskin artdığını söyləyir”. Euronews telekanalı yazır.

Qazaxıstanda 8 iyul tarixində gündəlik rekord qeydə alınıb: 1962 nəfər. O cümlədən simptomsuz yoluxma hadisəsi də artıb. Bu, bir gün əvvəlkindən 586 nəfər çoxdur.

Ölkədə infeksiyaya qarşı mübarizə aparan tibb işçiləri eynilə Qırğızıstanda olduğu kimi yetərli deyil.

Mənbə: konkret.az