Bakıda yaranmış internet probleminin səbəbi açıqlandı

Bakıda yaranmış internet probleminin səbəbi açıqlandı

Ötən gün axşam saatlarında Bakı və ətrafı ərazilərdə internet problemi yaranıb.

BAKU.WS-in redaksiyasına müraciət edən paytaxt sakinləri bildirib ki, internet xidməti tam dayanıb.

Məsələ ilə bağlı KATV1 şirkəti məlumat yayıb. İnternetin verilməsi ilə əlaqədar yaranan problemlə bağlı açıqlamada deyilir:

"Hörmətli İnternet istifadəçiləri,

Serverlərimizdə qeyri-adi trafik artımı səbəbindən abunəçilərin İnternetə çıxışı ilə bağlı problemlər müşahidə olunur.
Fövqəladə hadisənin nəticələrini aradan qaldırmaq üçün mütəxəssislərimiz çalışır və artıq abunəçilər üçün girişi qismən bərpa edilib".

Mənbə: baku.ws