Sosial media marketinqdə kontent miks nə üçün istifadə olunur?

Sosial media marketinqdə kontent miks nə üçün istifadə olunur?

Sosial media marketinq (SMM) sosial şəbəkələrdə marketinq işinin təşkil edilməsidir.

AZƏRTAC İnnovasiyalar Agentliyinin kontent marketinqdə və SMM-də istifadə olunan alətlər barədə tövsiyələrini təqdim edir.

Bu alətlərdən biri kontent miks adlanır. Kontent miks marketinq kommunikasiyalarında istifadə olunacaq və işıqlandırılacaq əsas mövzuların siyahısından ibarətdir.

Eyni anda bir neçə paylaşım yazmaq çox rahatdır. Adətən ilk günlərdə ideyalarınız bol ola bilər, çünki startapınız haqqında demək istədiyiniz çox olur. SMM fəaliyyətinin 2-3 həftəsindən sonra isə ideyaların tükəndiyini hiss etməmək üçün əvvəlcədən hazırlanmış kontent miks adlanan alətdən istifadə etmək lazımdır.

Çox sadə olduğu qədər, çox da effektivdir. Sizə rahat olan platformada cədvəl yaradın. Cədvəlin ilk sətrinə toxunacağınız əsas mövzuları yazın. Növbəti sətrlərdə isə əsas mövzuya aid olan alt mövzuları qeyd edin.

Məsələn, marketinq xidmətləri göstərən startap üçün əsas mövzu "Xidmətlər haqqında məlumatlar"dırsa, alt mövzular isə xidmətlərin özü ola bilər.

Əsas mövzu:

- xidmətlər haqqında məlumatlar

Alt mövzular:

- konsultasiya

- dizayn və brendinq

- satışların artırılması

- strategiyanın yazılması

- marketinq şöbəsinin qurulması

Beləliklə sizin kontent yaratmaq köməkçiləriniz olacaq: 7-10 əsas mövzu, 60-100 aralığında alt mövzu əlinizin altında olacaq. Bununla da kontent yaratmaq daha rahat və az enerji sərf edən prosesə çevriləcək.

Mənbə: azertag.az