Qazaxıstanın bölgələrində həftəsonu karantin rejimi sərtləşdirilir

Qazaxıstanın bölgələrində həftəsonu karantin rejimi sərtləşdirilir

 

Nur-Sultan, 10 iyul, AZƏRTAC

Qazaxıstanın Kostanay vilayətində koronavirus infeksiyasının yayılmasının atması səbəbindən iyulun 11-dən 13-dək sərt karantin rejimi tətbiq ediləcək.

AZƏRTAC xəbər verir ki, son sutka ərzində Kostanay vilayətində 1435 koronavirusa yoluxma halı qeydə alınıb.

Bundan başqa, Almatı şəhərində də həmin günlərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Ümumiyyətlə, iyulun 5-dən Almatı şəhərində iş günləri ərzində ictimai nəqliyyat məhdud rejimlə fəaliyyət göstərir.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

AZERTAG.AZ :Qazaxıstanın bölgələrində həftəsonu karantin rejimi sərtləşdirilir

Mənbə: azertag.az