“Reuters”: İranda növbəti partlayış baş verdi

“Reuters”: İranda növbəti partlayış baş verdi

İranın paytaxtı Tehranda növbəti partlayışın baş verməsi barədə xəbər yayılıb.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, İranın İRİB dövlət televiziyası partlayışın baş verdiyi ərazidə elektrik enerjisinin kəsildiyini bildirib. Ancaq, dövlət rəsmiləri hadisəni təkzib edib. Bu barədə danışan Leyla Vaseqi bildirib ki, Tehran yaxınlığında hər hansı partlayış baş verməyib ancaq, elektrik enerjisinin kəsilməsi xəbəri doğrudur.

Qeyd edək ki, iyun ayının sonlarından başlayaraq bu günə qədər İranda bir neçə partlayış baş verib. Xarici mətbuatda son günlər İranda baş verən hadisələrin İsrail kəşfiyyatının işi olduğu bildirilib.

Mənbə: www.yeniavaz.com