Zibilxanaya çevrilən “Qum hamamı” təmizlənir - Fotolar

Zibilxanaya çevrilən “Qum hamamı” təmizlənir  - Fotolar

Bakının Maştağa qəsəbəsində baxımsız vəziyyətə qalan tarixi “Qum hamamı” təmizlənməyə başlayıb.

Bu barədə “Qafqazinfo”ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib.

O, hazırda bələdiyyə və icra nümayəndələlərinin ərazidə olduğunu bildirib: “Hamamın olduğu əraziyə zibil tökülməməsi ilə bağlı sakinlərə dəfələrlə xəbərdarlıq olunub, onlarla maarifləndirici söhbətlər də aparılıb. Tarixi abidə əvvəllər də bir neçə dəfə zibildən təmizlənib, ətrafda yaşayan insanlara məlumat verilib. Buna baxmayaraq, yenə də zibil tökürlər. Vətəndaşlar yaxınlıqda zibil qutularının olmamasından şikayət edirlər. Yaxınlıqda zibil qutularının qoyulması üçün İcra Hakimiyyətinə də, bələdiyyə də müraciət olunub.

Məsələ ilə bağlı hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tarixi abidənin yerləşdiyi ərazidədir. Bələdiyyə və icra nümayəndəsi də əraziyə dəvət olunub. Artıq hamamın təmizlənməsi işlərinə başlanılıb.
Günün sonunadək yaxınlığda zibil yeşikləri də qoyulacaqHəmçinin abidənin bərpa olunması məsələsi də gündəmdədir”.

Mənbə: qafqazinfo.az