Məşhur UFC döyüşçüsü yaşlı kişini nokauta saldı - VİDEO

Məşhur UFC döyüşçüsü yaşlı kişini nokauta saldı - VİDEO

Amerikalı UFC döyüşçüsü Mayk Perri şam yeməyi üçün getdiyi restoranda dava salıb.

REN TV xəbər verir ki, məşhur döyüşçü restorana sevgilisi ilə gedib və hələlik mətbuata məlum olmayan səbəbdən iaşə obyektinin personalı ilə dalaşıb.

Restoranda olan müştərilərdən biri hadisəni mobil telefona çəkərək, sosial şəbəkədə paylaşıb.

Görüntülərdə M.Perrinin restoran əməkdaşlarına uca səslə nəyisə basa salmağa çalışdığı, onun bu davranışına etiraz edən kişiyə yumuruqla zərbələr endirdiyi əks olunub.

Mənbə: paralel.az