Nazirlik iş axtaran vətəndaşa yardım etdi

Nazirlik iş axtaran vətəndaşa yardım etdi

"Sosial şəbəkə səhifələrinin birində Sabunçu rayonu, Bilgəh qəsəbəsində yaşayan Alim Fəzail oğlu Həşimovun maddi çətinliyinin olması və karantin rejiminə görə iş tapmaqda çətinlik çəkməsi ilə bağlı məlumat Nazirlik əməkdaşları tərəfindən yerində araşdırılıb". Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

"Məlum olub ki, Alim Həşimov aprel ayında birdəfəlik ödəmə üçün elektron müraciətini natamam doldurduğundan qeydiyyata alınmayıb. Ona və həyat yoldaşı Elvina Həsənəliyevaya haqqı ödənilən ictimai işlər barədə məlumat verilib və bu işlərə cəlb olunmaları təklif edilib.

Alim ictimai işlərdə çalışmaq üçün gələn həftə ərzində müvafiq sənədləri təqdim edəcəyini bildirdi. Onunla əmək müqaviləsi bağlanacaq və rəsmi iş yeri ilə təmin ediləcək", - deyə F.Talıblı bildirib.



Azvision.az

Mənbə: azvision.az